.

07:17 2 Aprel 2020
10 Digər
Ölkə mətbuatı
A- A+
.

ABŞ-da son sutka ərzində koronavirus infeksiyasından 1 243 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti məlumat yayıb.
Bildirilib ki, ölkədə virus qurbanlarının sayı 5 116 nəfər çatıb. Qeyd alınmış koronavirus daşıyıcılarının sayı hazırda 215 417 nəfərdir.
ABŞ-da virusdan ən çox ölüm halı Nyu-Yorkda qeydə alınıb - 1 374 nəfər.
Qeyd edək ki, ABŞ-da koronavirusa ilk yoluxma faktı yanvarın 21-də qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/abs-da-koronavirus-qurbanlarinin-sayi-5-1-min-neferi-otdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR