“Windows”un bütün versiyalarında boşluq aşkar edilib

“Windows”un bütün versiyalarında boşluq aşkar edilib
07:32 2 Aprel 2020
131 Maraqlı
Ölkə mətbuatı
A- A+
.

"Microsoft"un nümayəndəsi deyib ki, hakerlər "Windows"un bütün dəstəklənən versiyalarında əvvəllər məlum olmayan iki boşluqdan istifadə edirlər. Şirkət hələ ki bu problemləri aradan qaldıran yeniləmələr çıxarmayıb.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, "Microsoft"un məlumatına görə, sözügedən boşluqlar "Windows Adobe" kitabxanasında aşkar edilib. İstifadəçilər virusa yoluxdurulmuş sənədləri açmaqla yanaşı, həm də onlara ön baxış panelində baxdıqda hakerlər öz istədiklərinə nail olurlar.

Boşluqlar məsafədən istənilən kodu icra etməyə imkan verir, yəni hakerlər qurbanın sistemində öz kodunu işə sala və istifadəçinin adından müxtəlif əməliyyatlar həyata keçirə bilərlər.

"Microsoft"un nümayəndəsi bildirib ki, bu problem haqqında məlumatlıdırlar, həmçinin dəqiqləşdiriblər ki, "Windows 10" sistemində uğurlu hücum kodun yalnız "AppContainer" kontekstində icrasına gətirib çıxara bilər. Bu isə məhdud hüquq və imkanları nəzərdə tutur.

Düzəlişlərdən ibarət yeniləmə növbəti yeniləmə çərçivəsində çıxarılacaq. Bu yeniləmə "Windows 7" istifadəçiləri üçün əlçatan olmayacaq, çünki bu ƏS-i rəsmən dəstəklənmir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/837850.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR