“HUAWEI” yeni internet standartını elan edib

“HUAWEI” yeni internet standartını elan edib
08:17 2 Aprel 2020
112 Maraqlı
Ölkə mətbuatı
A- A+

"HUAWEI" şirkəti Çin dövlət provayderləri ilə birgə Beynəlxalq Telekommunikasiya İttifaqına mövcud həllərə əvəzetmə kimi yeni "New IP" internet protokolunu təklif edib. Amma hazırlamanın texniki üstünlüklərinə baxmayaraq, rabitə sahəsi üzrə mütəxəssislər perspektivli standartı tənqid ediblər.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, şirkətin bəyanatına görə, "New IP" protokolu sürətlə inkişaf edən rəqəmli texnologiyaların texniki tələblərini təmin etmək üçün hazırlanır. Tərtibatçılar bildiriblər ki, mövcud TCP/IP ilə müqayisədə daha səmərəli ünvanlanma və şəbəkə idarəetməsi təmin edən protokol bütün alim və mühəndislər üçün açıq olacaq. "HUAWEI" şirkətinin rəsmisi deyib ki, indi başqa ölkə və şirkətlərin iştirakı ilə yeni şəbəkə arxitekturasının komponentləri hazırlanır, 2021-ci ildə onun sınaqlarına başlanılacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/837860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR