Fransada koronavirus pandemiyasından ölənlərin sayı daha da artıb

Fransada koronavirus pandemiyasından ölənlərin sayı daha da artıb
08:22 2 Aprel 2020
147 Dünya
Ölkə mətbuatı
A- A+

Fransada koronavirus pandemiyasından ölənlərin sayı daha da artıb. Dünən 499 ölüm olduğu halda, bu gün bu rəqəm 509-a çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu haqda Səhiyyə üzrə baş direktor Jerom Salomon bildirib.

Səhiyyə üzrə baş direktor qeyd edib ki, bu günə qədər Fransada koronavirusdan ölənlərin sayı 4032-yə, reanimasiyada olan xəstələrin sayı 6017-yə çatıb.

Ölkədə ümumilikdə 24 min 639 virus daşıyıcısı xəstəxanalara yerləşdirilib, bunlardan 10 min 935 nəfər sağalaraq xəstəxanaları tərk ediblər.
Səhiyyə üzrə baş direktoru diqqətə çatdırıb ki, epidemiyanın necə inkişaf edəcəyini qabaqcadan demək çox çətindir.

Pandemiya başlayandan maska, eləcə də son günlər ağrıkəsici morfi çatışmazlığı ilə bağlı xəstəxanalar həyəcan təbili çalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/838395.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR