x
Loading...
.

08:47 2 Aprel 2020
13 Digər
Ölkə mətbuatı
A- A+
.

Cənubi Koreyada koronavirus pandemiyasından ölənlərin sayı artıb.
“Report” RİA “Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi yanında Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəz bildirib.
Belə ki, bir gün ərzində koronavirusa 89 yoluxma qeydə alınıb.
Mərkəz qeyd edib ki, ölkədə COVID-19-dan 261 nəfər sağalıb. Koronavirusa yoluxanların ümumi sayı 9 976 nəfərə qədər artıb, 169 insan pandemiyanın qurbanı olub.
Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.
Cənubi Koreya epidemiologiya təhlükəsini ən yüksək səviyyəyə qaldırıb. Tequ şəhəri və Kyensan-Pukto əyalətinin üç şəhəri xüsusi fəlakət zonaları elan edilib. Bütün məktəblərdə və məktəbəqədər müəssisələrdə tədrisin başlanması növbəti dəfə, 9 aprelə qədər təxirə salınıb. Aprelin 5-dək sakinlərdən evlərini tərk etməmələri tapşırılıb, idman, əyləncə və dini ayinlərin keçirildiyi yerlər bağlanıb.
Bundan başqa aprelin 1-dən başlayaraq Cənubi Koreyaya xaricdən gələn bütün şəxslər vətəndaşlığından asılı olmayaraq 2 həftəlik məcburi karantinə cəlb olunacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/cenubi-koreyada-koronavirusa-yoluxanlarin-sayi-10-mine-catir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR