Göygöldə evdə partlayış olub, 1 nəfər ağır xəsarət alıb

Göygöldə evdə partlayış baş verib.

Metbuat.az xəbər verir ki, hadisə rayonun Yenizod kəndində qeydə alınıb.

Bekə ki, Gəncə sakini, 1966-cı il təvəllüdlü Hacıyev Fuad Sultan oğlu bədənin 70-80 faiz ağır dərəcəli yanığı ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə lazımi tibbi yardım göstərilib. Hazırda xəstənin Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, ilkin məlumata görə, hadisə yaşayış evində qaz sızması nəticəsində baş verib.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR