Ən yaxşı selfi çəkən smartfon məlum olub

Ən yaxşı selfi çəkən smartfon məlum olub
09:35 2 Aprel 2020
Ölkə mətbuatı
A- A+

"DxOMark" xidmətinin versiyasına görə, yeni "HUAWEI P40 Pro" ən yaxşı kamerofondur. Sözügedən xidmətin mütəxəssisləri yalnız əsas deyil, həm də ön kameranı sınaqdan keçiriblər. Məlum olub ki, yeni smartfon selfi şəklin keyfiyyətinə görə digər rəqiblərini üstələyir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən yazır ki, "HUAWEI P40 Pro" aparatı 32 mp-lik əsas sensor və infraqırmızı datçiklə dərinliyin ölçülməsi üçün köməkçi sensordan ibarət ikiqat ön kameraya malikdir. "Multifokus" funksiyası qrup şəklində selfi etməyə imkan verir və bu zaman kadrdakı bütün insanlar fokusda olur.

 

"DxOMark"ın ekspertləri "HUAWEI P40 Pro" aparatının ön kamerasının nəticələrinə görə sifətdə dəqiq ekspozisiya, böyük dinamik diapazon, düzgün ağ balans, küçə və otaqda yüksək detalizasiya, orta küy və yaxşı portret çəkilişlərini qeyd ediblər. Onlar çəkilmiş şəkillərdə aşkar edilmiş çatışmazlıqlara isə otaqda və zəif işıqlandırma şəraitində "üzən" avtofokus, qrup kadrlarında avtofokusla problem, zəif işıqlandırma və yüksək kontrastlı səhnələrdə gözəçarpan artefaktları göstəriblər.

 

Ön kamera ilə video çəkilişinə gəlincə isə müsbət xüsusiyyətlərə küyün az olması, sifətdə dəqiq ekspozisiya, yaxşı rəng verilişi, küçədə və otaqda neytral ağ balans, yüksək detalizasiya və effektiv sabitləşmə aid edilib. Mənfi xüsusiyyətlərə isə zəif işıqlandırma vaxtı güclü detal itkisi və dərinin qeyri-təbii rəngi, həmçinin gözəçarpan parıltılar aid edilib.

 

Emil Hüseynov


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-67439-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR