Klopp Almaniya millisinin baş məşqçi postuna əsas namizəddir

Klopp Almaniya millisinin baş məşqçi postuna əsas namizəddir
09:52 2 Aprel 2020
77 Digər
Ölkə mətbuatı
A- A+

Almaniya milli komandası hazırkı baş məşqçi Yoahim Lövün əvəzinə İngiltərə "Liverpul"undan Yurgen Kloppu əsas namizəd kimi nəzərdən keçirir.
"Report"un "Mirror" nəşrinə istinadən verdiyi məlumata görə, bunu nəzərə alan klub Kloppu saxlamaq üçün ciddi tədbirlər görməli olacaq. Hərçənd, Almaniyalı mütəxəssis yığmaya mümkün təyinatını karyerasının məntiqli inkişafı kimi qarşılayır.
53 yaşlı baş məşqçi 2015-ci ilin oktyabrından rəhbərlik etdiyi klubu dünya futbolunda əsas mövqelərə qaytarmağı bacarıb. Ötən mövsüm "Liverpul" Premyer Liqada özləri üçün rekord sayda - 97 xal toplasa da, qızıl medal qazana bilməyib. Əvəzində bu klub Çempionlar Liqasını əldə edib. Klopp mersisaydlılarla müqaviləsini ötən ilin payızında 2024-cü ilədək uzadıb.


Xəbərin orijinal ünvanı: https://report.az/futbol/klopp-almaniya-millisinin-bas-mesqci-postuna-esas-namizeddir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR