Telekanallar Fransa çempionatına pul ödənişini dayandırdı

Telekanallar Fransa çempionatına pul ödənişini dayandırdı
10:37 2 Aprel 2020
97 Digər
Ölkə mətbuatı
A- A+

Fransa çempionatının əsas yayımçıları "BeINSports" və "Canal+" koronavirus pandemiyasına görə Liqa 1 və Liqa 2-yə pul ödənişlərini dayandırıb.
"Report"un məlumatına görə, bu barədə Britaniyanın "Daily Mail" nəşri xəbər yayıb.
İddia olunur ki, hər iki telekanal futbol turnirlərinin məcburi fasiləsi səbəbindən yaranmış maliyyə böhranını yumşaltmaq üçün bu addımı atıb.
Bu prosesin çempionatlar bərpa olunana qədər davam edəcəyi bildirilib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/telekanallar-fransa-cempionatlarina-pul-odenisini-dayandirdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR