Avtobuslarda spirt qabları sındırılır

"Xaliq Faiqoğlu" şirkəti hər zaman olduğu kimi kəskin respirator virusun kütləvi yayılma riskinin mövcud olduğu hazırki dönəmdə də sərnişinlərin təhlükəsizliyi və rahatlığı istiqamətində zəruri tədbirlər həyata keçirir. Lakin bəzi hallarda bir çox sərnişinlərin onlar üçün yaradılmış şəraitə və ictimai nəqliyyatda davranış qaydalarına yaraşmayan hərəkətlər etməsi, ictimai mülkiyyətə qəsdən ziyan vermələri hallarına tez-tez rast gəlinir.

Metbuat.az xəbər verir ki, çox təəssüf ki, son günlərdə 20-dən artıq avtobusda bəzi insanlar sərnişinlərin əllərini dezinfeksiya etməsi üçün quraşdırılan və spirt tökülən qabları qıraraq və ya yerindən qopararaq yararsız hala salıb. Bəzi hallarda sərnişinlərin qablardakı spirti qəsdən yerə boşaltması, lüzumsuz formada istifadə etməsi, özləri ilə götürdükləri qablara boşaltması halları da müşahidə edilir.

"Xaliq Faiqoğlu" şirkəti olaraq sərnişinlərimizdən ictimai mülkiyyətə diqqətlə yanaşmalarını və bacardıqları qədər qorumalarını xahiş edirik. Mülkiyyətə qəsdən ziyan verən şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.





Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR