"Məni koronavirusa yoluxdurdu" deyib sevgilisini öldürdü, testi neqativ çıxdı -

Koronavirusun ən çox təsir etdiyi ölkələrdən olan İtaliyada virus səbəbindən cinayət baş verib.

Metbuat.az xəbər verir ki, tibb işçisii olan Antonio Peys adlı oğlan işlədiyi xəstəxanada koronavirus səbəbindən yatan Loena Quaranta adlı sevgilisini öldürüb. 28 yaşlı oğlan bu cinayəti "ona koronavirus yoluxdurduğu üçün" etdiyini deyib. Cinayətdən sonra o, polisə özü təslim olub. 27 yaşlı qızın cəsədi isə evdən tapılıb.

Lakin daha sonra həm öldürülən 27 yaşlı Quarantanın, həm də cinayəti törədən Peysin koronavirus testləri neqativ çıxıb.

Mənbə: DailyMail


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR