Bu ölkədə aprelin 5-də yeni mövsümə start veriləcək

Bu ölkədə aprelin 5-də yeni mövsümə start veriləcək
11:12 2 Aprel 2020
217 İdman
Ölkə mətbuatı
A- A+

Tacikistan Futbol Federasiyası bu ölkənin milli çempionatında yeni mövsümün başlama tarixini açıqlayıb.

Milli.az matc.az-a istinadən xəbər verir ki, qurumun rəsmi saytı yeni mövsümə aprelin 5-də start veriləcəyini açıqlayıb.
 
Bütün dünyada koronavirus pandemiyasına görə milli çempionatlarda, ümumiyyətlə futbol və idman yarışlarında fasilə yarandığı bir vaxtda, taciklərin bu qərarı gözlənilməz olub. Sadəcə, Tacikistan Futbol Federasiyası oyunların azarkeşsiz keçiriləcəyini bəyan edib.
 
Rəsmi açıqlamalara inansaq, Tacikistanda hələlik koronavirusa yoluxan yoxdu.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/838404.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR