.

Karantin qaydalarına əməl etməyənlər: İşçilər maska və əlcəksiz işləyirlər -

.

Karonavirus səbəbindən ölkədə karantin rejimi tətbiq olunandan bir sıra iş yerləri bağlanıb.

Amma bəzi iş yerləri var ki, o sahələrdə işin davamiyyyəti vacibdir.Təbii ki, burada müəyyən qadağalar nəzərə alınmaqla. Belə iş yerlərindən biri də tikinti sahələridir.

Metbuat.az xəbər verir ki, pandemiya şəraitində işə davam etmək məcburiyyətində qalanların sağlamlığı baxımından onları virusdan qorumaq üçün vacib olan qaydalar deyəsən unudulub. Müşahidə apardığımız tikinti sahələrində çalışan fəhlələrə nəyin ki, virusdan qorumaq üçün maska hətta tikintinin toz-torpağından qorunmaq üçün belə respirator verilməyib.

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Metbuat.az-a müsahibəsində bildirdi ki, koronovirus pandemiyası bir cox ölkələrlə bərabər bizim ölkəmizdə də yayıldıgı gündən ölkə iqtisadiyyatı ilə bərabər daşınmaz əmlak sahəsinədə cox ciddi şəkildə öz mənfi təsirini göstərib.

''Daşınmaz əmlak bazarının böyük bir hissəsi xüsusəndə kirayə və otelçilik bazarında tam sakitcilik hökm sürür. Kafe, restoran və digər xidmət sahələrinin öz fəaliyyətlərini müvəqqəti olaraq dondurması əksər iaişə obyektlərinin baglanmasına gətirib cıxarmışdır. Böyük biznes və iş mərkəzləri baglansa da şahidi oluruq ki bəzi coxmənzilli binaların inşaası hələ də davam edir. Tikinti təmir işlərinin davam etməsi iqtisadi baxımdan səmərəli olsada tikinti normativlərinə bir cox şirkətlər bəzən tam dogru əməl etmirlər. Bu cür ehtiyatsızlıq isə tikinti qəzaları ilə bərabər gündəndə olan koronavirusunda geniş yayılmasına gətirib cıxara bilər. ''

Bəs tikinti sahəsində hal-hazır ki, vəziyyəti nəzərə alaraq hansı tədbirlər görülməlidir?

'' Dövlət tərəfindən virusun kütləvi yayılmasının qarşısı alınma tədbirləri hər sahədə görülür. Lakin fəaliyyətdə olan müəssiələrdə, xüsusəndə tikinti işləri gedən binalarda mütamadi olaraq orada calışan hər bir işcidən daimi analizlər götürülməli və həmin işcilər nəzarətdə saxlanılmalıdır. Xüsusən də tikinti sahəsində açıq havada calışan və insanlarla daimi təmasda olan hər bir işci xüsusi qoruyucu geyim və maskalarla daimi təmin olunmalıdır. Bundan əlavə şirkət rəhbərləri öz işçilərini digər şəxslərlə təmasdan qorumaq ücün xüsusi qoruyucu avtobuslarla işə gedib gəlmələrini yaxud işlədikləri əraziyə yaxın müvəqqəti yaşayış yerləri ilə təmin etməlidir. Bu normativlərə əməl olunarsa virusa yoluxmaların sayında ciddi azalmalar müşahidə oluna bilər. Hər bir halda hər bir vətəndaş ölkəmizin və dünyamızın bu bəladan xilas ola bilməsi ücün əlindən gələni əsirgəməməlidir.''

Ekspert Eldəniz Cəfərov isə deyir ki, bu məsələdə Nazirlər Kabinetinin qərarlarına riayət edilməlidir.

''Mən deyə bilərəm ki, qərargahın qərarları şərtsiz əməl olunmalıdır. Belə məsuliyyətsiz şirkətlər başa düşməlidir ki, qanunları pozmaqla yanaşı insanların həyatını təhlükəyə aparırlar.

Bu işin monitorinqini aparan təşkilatlar qəti sürətdə bu özbaşnalığın qarşısını almalıdırlar.''

İqtisadçı millət vəkili Vüqar Bayramov isə deyir ki, sahibkarların koronovirusla mübarizə tədbirlərinin prinsiplərinə uyğun olaraq, iş metodunu dəyişməsinə ehtiyac var.

“10-dan artıq vətəndaş bir yerdə çalışırsa, daha məqsədəuyğun olar ki, mobil işçi qrupları yaradılsın. Mobil işçi qruplarında arasında iş bölgüsü həyata keçirilsin. Bu zaman 50 işçisi olan sahibkar mobil qruplar yaratmaqla, bir yerdə olan işçilərin sayını minimumlaşdıra bilər. Amma işini davam etdirə bilər”. Qeyd edək ki, mövcud şəraitdə koronovirus pandemiyası ölkəmizdə 12 sektora mənfi təsir göstərib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR