''mələk'' koronavirusa yoluxdu -

''Viktoria Sekret''in qızılı saçlı mələyi koronavirusa tutulub.

Metbuat.az xəbər verir ki, model Alexina Graham, koronavirus xəstəliyinə tutulub. Firmanın ilk qızılı saçlı modeli kimi tanınan 30 yaşındakı Graham, epidemiya səbəbiylə bütün planlarını ləğv edərək İngiltərəyə qayıdıb. Hal-hazırda karantinada olan ''mələk'' sosial mediada paylaşım edib.

"Mən əslində Nyu Yorkda yaşayıram, amma bu günləri tək keçirmək istəmədim''.

Sonradan onda simptomlar çoxaldıqca model xəstəxanaya yerləşdirilib. Onda hərarət və nəfəs darlığı olduğu bildirilib. Graham sosial media postunda vəziyyətinin pis olmadığını və müalicəsini xəstəxanada davam etdirdiyini bildirib.








Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR