x
Loading...

11:52 2 Aprel 2020
26 Digər
Ölkə mətbuatı
A- A+

Niderlandın "Ayaks" klubunun idman direktoru Mark Overmars yerli futbol federasiyasının Erediviziyanı avqustun 3-nə kimi başa çatdırmaq planına münasibət bildirib.
"Report"un məlumatına görə, ölkəsinin "Telegraaf" nəşrinə danışan veteran futbolçu həm federasiyanı, həm də UEFA-nı sərt tənqid edib.
Niderland millisinin sabiq üzvü hər iki qurumun pula görə insanların həyatını təhlükəyə atdığını vurğulayıb: "Federasiyanın müstəqil qərar verəcəyini gözləyirdim. Amma UEFA-nın arxasında gizlənirlər. Biz teleyayım gəlirlərindən o qədər də asılı deyilik. Məncə, böyük ölkələr çempionatları bitirmək üçün UEFA-ya təzyiq etdilər. Qurum da bundan yararlanır. Çünki avrokubokların keçirilməməsi milyonlarla avro itkisi deməkdir".
M.Overmars UEFA-nı və yerli federasiyanı ABŞ prezidenti Donald Trampa bənzədib: "Tramp da "iqtisadiyyat koronavirusdan daha önəmlidir" deyir. Niderlandda hər gün virusdan yüzlərlə insan ölür".

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/uefa-ni-donald-trampa-benzedirem

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR