Yeni sistem hazırlanır: evdən çıxmazdan əvvəl...

Yeni sistem hazırlanır: evdən çıxmazdan əvvəl...
12:08 2 Aprel 2020
190 Ölkə
Ölkə mətbuatı
A- A+

"Kantin rejiminin tələblərinə görə, vətəndaşlara zəruri hallarda evdən çıxmağa icazə verilib. Vətəndaşların evdən çıxmalarının səbəbinin bəlli olması üçün lazımi işlər görülüb."

Publika.az xəbər verir ki, bu sözləri Baş ictimai Təhlükəsizlik idarəsinin rəis müavini Əziz Baqişev deyib: "Vətəndaşlar evdən çıxmazdan əvvəl elektron nömrəyə zəng edərək xəbər verib, evdən çıxma səbəblərini bildirəcəklər. Küçədə isə polis əməkdaşlarına şəxsiyyət vəsiqələrini təqdim edəcək, polis elektron sistemdə onun kimliyini müəyyən edəcəkdir. Əgər vətəndaş səbəbsiz çıxıbsa, karantin qaydalarının pozulması kimi qiymətləndiriləcəkdir".

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, hazırda bu sənəd üzərində işlənir. Yaxın zamanda ictimaiyyətə təqdim olunacaq.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/sosial/309521.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR