Azərbaycan icmasının etirazından sonra Yalta bağında tikinti işləri dayandırılıb

Azərbaycan icmasının etirazından sonra Yalta bağında tikinti işləri dayandırılıb
19:48 17 Yanvar 2015
115 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 17 yanvar, Rafael Həsənov, AzərTAc
Azərbaycan icmasının etirazından sonra Yaltada Cəlil Nəcəbov adına bağda tikinti işləri dayandırılıb. Bu barədə AzərTAc-a Azərbaycan icmasının rəhbəri Rəhim Hümbətov məlumat verib.
Beləliklə, Yalta administrasiyası başçısının birinci müavini Sergey Brayko tikintinin sifarişçisi ilə əlaqə saxlayıb və məqbul qərar qəbul edilənədək işlərin dayandırılması barədə razılıq əldə olunub.
Qeyd edək ki, Yaltanı faşistlərdən azad etmiş 323-cü alayın komandiri, şəhərin fəxri vətəndaşı, həmvətənimiz Cəlil Nəcəbovun adını daşıyan bu bağ Yeni il ərəfəsində hasara alındıqdan sonra orada ağır texnika işə başlamışdı, çoxillik ağaclar kəsilmiş, bağın böyük bir hissəsi qazılmışdı.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_icmasinin_etirazindan_sonra_Yalta_baginda_tikinti_isleri_dayandirilib-825582

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR