Əhaliyə dəyən zərərin minimallaşdırılması üçün işlər aparılır - İbrahim Məmmədov

Əhaliyə dəyən zərərin minimallaşdırılması üçün işlər aparılır - İbrahim Məmmədov
12:53 2 Aprel 2020
Ölkə mətbuatı
A- A+

Əhaliyə dəyən zərərin minimallaşdırılması üçün Prezident İlham Əliyev tərəfindən tapşırıq verilib və hazırda bu istiqamətdə işlər aparılır.

Publika.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ.Məmmədov deyib ki, krediti olan müştərilərin vəziyyəti yaxşılaşarkən, banka əmanət qoyanların və bankların vəziyyəti pisləşdirilməməlidir: “Bankın iş zəncirinə zərbə vurmamağa, bankların müflisləşməməsinə çalışmalıyıq. Bununla bağlı məsələlər demək olar ki, son mərhələdədir. Sənədlər hazırlanır, yaxın günlərdə təsdiqlənəcək və bu barədə ictiamiyyətə məlumat veriləcək”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/gundem/309530.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR