Belçikada koronavirusun yayılması səngiyir

Belçikada koronavirusun yayılması səngiyir
15:37 2 Aprel 2020
127 Digər
Ölkə mətbuatı
A- A+

Belçikada dünəndən etibarən COVID-19 virusundan ölənlərin sayı 183 nəfər artaraq 1 011-ə çatıb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Federal Səhiyyə İctimai Xidməti məlumat yayıb.
Pandemiya başlayandan ölkədə 15 348 təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Ötən 24 saat ərzində xəstəxanalara yerləşdirilənlər 584 nəfər artaraq 5 376-ya çatıb.
AFP xəbər verir ki, hökumətin səhiyyə sahəsi üzrə sözçüsü Emanuel Andre ölənlərin 93 faizinin 65 yaşdan yuxarı olduğunu bildirib. Bununla belə, daha əvvəl koronavirusdan 12 yaşlı qızın dünyasını dəyişdiyi açıqlanmışdı.
Rəsmilərə görə hazırda pandemiyanın pik dövrünə daxil olan Belçikada xəstəxanalardakı intensiv terapiya yerlərinin yarısına qədərinin dolu olduğu bildirilir. Ötən həftə hökumət karantin rejimini aprelin 19-dək uzadıb.
Adambaşına yoluxanların sayına görə Avropada ən ağır vəziyyətə düşən ölkələrdən olan Belçikada ekspertlərin rəyincə, epidemiyanın yayılması tədricən səngiməyə başlayıb, sosial təcrid qaydalarına ciddi əməl olunması halında vəziyyət daha tez düzələ bilər.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/belcikada-koronavirusun-yayilmasi-sengiyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR