Korona səbəbiylə ilk cinayət - Həkimi boğaraq öldürdü - FOTO

Korona səbəbiylə ilk cinayət - Həkimi boğaraq öldürdü - FOTO
16:05 2 Aprel 2020
174 Dünya
Ölkə mətbuatı
A- A+

Koronavirusla bağlı ilk cinayət işi İtaliyada işlənib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, Antonio De Pake adlı tibb işçisi xəstəxanada koronavirusla mübarizə aparan həkim Lorena Quarantayı boğaraq öldürüb.

Yerli medianın məlumatına görə, De Pake "məni koronavirusa yoluxdurdu" deyərək rəfiqəsini öldürdüyünü açıqlayıb.

O, həkimi öldürdükdən sonra polisə zəng edərək günahını etiraf edib.

Polis həkimin cəsədini evdə tapıb və bu zaman De Pakenin biləyində kəsiklər olduğunu müəyyən edib. Həkimi öldürən şəxs intihar etmək istəsə də, bu, baş verməyib. Polisə verdiyi izahatında Pake "Onu mən öldürdüm, çünki məni koronaya yoluxdurdu" sözlərini yazıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/838484.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR