Dünya bu görüntüdən danışır: Koronavirusun necə yarandığı ortaya çıxdı - İDDİA / FOTOLAR

Çində koronavirusla bağlı çəkilən bir sənədli film dünya mediasında səs-səda doğurub. Çinli bir viroloqun dağlarda vəhşi yarasalar tutduğunu göstərən bu sənədli film koronavirusla bağlı yeni fikirlər ortaya çıxarıb. Yeni iddiaya görə, yeni növ koronavirus Vuhan şəhərinin Xəstəliklərə Nəzarət Mərkəzində aparılan araşdırmalarda yaradılıb.

Metbuat.az xəbər verir ki, 7 dəqiqəlik bu filmdə sözügedən mərkəzin araşdırmaçısı Tian Yunhua Hubey əyalətində bir çox xəstəliyin müalicəsində istifadə edilən yarasaları tutmaq üçün mağaraları gəzir. Araşdırmaçıların yarasalarla yaxın təmasda olduğu görülən film koronavirusun insan tərəfindən yaradıldığı iddialarını gücləndirib.

Sözügedən sənədli film araşdırma aparmaq üçün yarasaları tutan və günlərlə nəm və qaranlıq mağaraları gəzən Tiandan bəhs edir. 40 yaşında olan və 2 uşağı olan Tian Vuhanda Xəstəliklərə Nəzarət və Müalicə Mərkəzində çalışır. O, filmdə deyir:

"Virus nümunəsi toplamaq və sinifləndirmə sahəsində çalışıram".

Sənədli filmdə Tian və araşdırmaçı yoldaşlarının mağaraları necə gəzdiyini və özəl qoruyucu geyimlər geyinərək oradakı yarasaları necə tutduqlarını yaxından göstərir. Filmdə yarasalarla bağlı deyilir:

"Bilinən bütün canlılar arasında yarasalar müxtəlif viruslar daşıyırlar. Bir insanda xəstəlikləri yaradan bütün virusları yarasalarda tapa bilərsiniz".

Mənbə: Hürriyet


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR