“Evlər, villalar qumarda əldən gedəndə virus yox idi...”

“Evlər, villalar qumarda əldən gedəndə virus yox idi...”
17:12 2 Aprel 2020
147 Maraqlı
Ölkə mətbuatı
A- A+

Müğənni Serdar Ortaçla pop ulduz Demet Akalın arasında qalmaqal yaranıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb Serdarın instaqramda tez-tez lüks həyatı ilə gündəmə gələn, lakin koronavirus səbəbi ilə evdən bayıra çıxmayan məşhurlara söz atması olub.

"İndi daha çox ayaqqabın, çantan, üst geyimin, xərcləyə bilməyəcək qədər pulun varsa da hara gedəcəksən? Bu paltarları harda geyinəcəksən? Artıq sən də hamı kimisən", - deyə Serdar yazıb. 

Hər zaman bahalı geyimləri, avtomobilləri, evi ilə gündəmdə olan Demet Akalın həmkarının sözlərinə münasibət bildirib:

"Virusun ortaya çıxacağını kim əvvəlcədən bilirdi ki? Bu söhbətlər çox mənasızdır. Yox evləri, yox böyük çanta... Hamı büdcəsinə görə ev alır. Belə bir zamanda bu cür sözlərin yeri yoxdur. Evlər, villalar qumarda əldən gedəndə virus yox idi. Boş-boş danışmayın".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/838641.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR