"Bakı"nın sabiq üzvünə cinayət işi açılır

"Bakı"nın sabiq üzvünə cinayət işi açılır
19:52 17 Yanvar 2015
127 İdman
Ölkə mətbuatı
A- A+

"Bakı"nın keçmiş futbolçusu İbrahim Karqbonun adı oyun alqı-satqısında hallanır. Fanat.az publika.az-a istinadən xəbər verir ki, Hollandiya mətbuatında yayılan xəbərlərdə sierra-leoneli futbolçunun "Villem II"də forma geyindiyi zaman "Ayaks" və "Feyenoord"a qarşı oyunların "satılmasında" yaxından iştirak edilib.

 

"Ayaks"a 0:4, "Feyenoord"a isə 0:1 uduzulan oyunların Sinqapurun adı açıqlanmayan bir şirkəti vasitəsiylə "satıldığı" deyilir. Sinqapur şirkətiylə komanda üzvləri arasında vasitəçiliyi isə məhz Karqbonun etdiyi deyilir. Oyun alqı-satqısı nəticəsində tərəflər bir milyon avrodan artıq qazanıb.

 

İbrahim özü isə Hollandiya mətbuatına verdiyi açıqlamada ona qarşı olan iddiaların əsassız olduğunu bildirib.

 

Hollandiya Kral Futbol Federasiyası yerli prokurorluğa məsələylə bağlı cinayət işinin açılması üçün müraciət edib.

 

Qeyd edək ki, İbrahim Karqbo 2010-cu ildə "Bakı"ya məhz "Villem II"dən gəlmişdi.


Fanat.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR