Azərbaycanla bağlı nikbin sorğu

2020-ci ilin mart ayında The Gallup International Association tərəfindən 28 ölkədə vətəndaşların koronavirusu və ona qarşı hökümətin gördüyü tədbirlər barədə fikirləri, eləcə də, vətəndaşların özlərinin şəxsi müdafiələri üçün həyata keçirdiyi tədbirlərin öyrənilməsinə dair rəy sorğusu keçirilib. Sorğunun keçirilməsində telefon, üzbəüz və onlayn sorğulardan istifadə edilib.

Sorğu çərçivəsində Azərbaycanda 200 nəfər əhatə edilib. Nəzərə çatdıraq ki, bu seçmə ölçüsü reprezentativ qəbul edilməsə də, kəşfiyyat xarakterli sorğu üçün yetərlidir.

Nəzərə çatdıraq ki, tezliklə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılmış və vətəndaşların koronavirusu və ona qarşı hökümətin gördüyü tədbirlər barədə fikirlərini öyrənən sorğunun da nəticələri ictimaiyyətə açıqlanacaq. Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılmış sorğu daha böyük seçmə üzrə aparılıb, və əhatə dairəsi daha geniş olduğundan, metodoloji cəhətdən daha etibarlı və reprezentativ qəbul edilir.

Nəticələrə nəzər yetirdikdə, Azərbaycandakı respondentlərin 77%-in hökumətin koronavirusa qarşı gördüyü tədbirləri dəstəklədiyini müşahidə edə bilərik (11% tam və 66% əsasən razı). Lakin respondentlərin daha çox hissəsi həm karantin qaydalarına, həm də şəxsi müdafiə prinsiplərinə bir o qədər də əməl etmir. Ümumiyyətlə, 87% respondent bu və ya digər formada profilaktik tədbir görür. Əsas üç profilaktik tədbir kimi bunlar qarşıya çıxır - 63% əllərini daha çox yuyur, 54% əl təmizliyən dezinkefsiya sabunlarından istifadə edir və 27% maska taxır. Cəmi 11% respondent əlcək taxır. Narahatedici məqamlardan biri də bundan ibarətdir ki, 63% respondentin evdə keçirdiyi vaxt azalmayıb, və 87% respondent özünü karantin etmir.
52% virusa yoluxmaqdan qorxsa da, 83% hesab edir ki, virusun ən pis və ağır dövrü geridə qalıb, artıq vəziyyət müsbətə doğru getməyə başlayacaq.
Sorğuda respondentlərdən koronavirusa yayılması və gedişatı ilə bağlı suallar da soruşulub. 60% bildirib ki, onlar virusun qarşısının alınması tədbirləri çərçivəsində öz azadlıq və haqlarını ''qurban'' verməyə razıdır. Təxminən 30% düşünür ki, virusu xarici qüvvələr müəyyən məqsədlər naminə yayıb, 45% isə bu sualı cavabsız qoyub.

Materialın orijinal variantı ilə buradan tanış ola bilərsiniz
https://www.gallup-international.com/wp-content/uploads/2020/03/GIA_SnapPoll_2020_COVID_Tables_final.pdf


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR