Jeep şirkəti Wrangler və Gladiator modellərini geri çağırır - FOTO

Jeep şirkəti Wrangler və Gladiator modellərini geri çağırır - FOTO
20:32 2 Aprel 2020
138 Maraqlı
Ölkə mətbuatı
A- A+

ABŞ Milli avtomobil yollarında hərəkətin təhlükəsizliyi idarəsi (NHTSA) mexaniki ötürmələr qutusu ilə təchiz edilmiş 2018-2020-ci illərin Wrangler ofrouderlərinin və 2020-ci ilin Gladiator pikaplarının geri çağırıldığını elan edib. Bu nəqliyyat vasitələrindəki muftanın temperaturunun Selsi üzrə 1100 dərəcəyə çata biləcəyi məlum olub.

Milli.Az autograph.az-a istinadən bildirir ki, problem ilk dəfə 13 fevralda aşkar edilib - mufta sürtünmədən həddən ziyadə isinib və bu, ötürmələr qutusunun gövdəsinin çatlamasına və qırılmasına səbəb olub. Bu hadisədən sonra, Jeep şirkətinin mühəndisləri laboratoriya sınaqlarını həyata keçiriblər. Sınaqlar zamanı yanğın təhlükəsinin olduğu təsdiqlənib. Qüsur, 29,818 ədəd Wrangler və 3,419 ədəd Gladiator modellərində quraşdırılmış və 23 avqust 2017-ci ildən 13 fevral 2020-ci ilədək istehsal olunmuş qutularda aşkar edilib.

Şirkət rəhbərliyi qüsurlu avtomobillərin təmir kampaniyası aparmaq və dilerlərə göndərilmiş avtomobillərin satışını dayandırmaq qərarına gəlib. Öz növbəsində, avtomobil sahiblərinə dartma itkisi və ya tüstü qoxusunun peyda olması halında avtomobili dayandırmaq və onu tərk etmək tövsiyə olunur.

Bu günə qədər, yalnız ABŞ bazarında satılan avtomobillərin geri çağırıldığı məlumdur. Kampaniyaya 22 apreldə start veriləcəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/834754.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR