Azərbaycanın Rusiyadakı səfirliyi koronavirusla mübarizəyə ianə etdi

Azərbaycanın Rusiyadakı səfirliyi koronavirusla mübarizəyə ianə etdi
21:07 2 Aprel 2020
168 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq öz məvaciblərindən 3 000 ABŞ dolları ianə ediblər.
"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, bu barədə Azərbaycanın Rusiyadakı səfirliyi məlumat yayıb.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/azerbaycanin-rusiyadaki-sefirliyi-koronavirusla-mubarizeye-iane-etdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR