İngiltərədə boş qalan küçələri bu dəfə marallar doldurdu

İngiltərədə boş qalan küçələri bu dəfə marallar doldurdu
21:27 2 Aprel 2020
217 Digər
Ölkə mətbuatı
A- A+

İngiltərənin paytaxtı Londonun şərqində sakinlərin bayıra çıxmamasından istifadə edən marallar küçələrə axışıblar.
“Report” NTV-yə istinadən xəbər verir ki, hadisə Londonun Harold Hill qəsəbəsində qeydə alınıb.
Məlumata görə, şəhərətrafı zonaya gələn 20 maral həyət və bağçalardakı bitkiləri yeməyə başlayıblar.
Qeyd edilib ki, 1 000 ildir bu bölgədə yaşayan marallar Daqnam qoruğunun sakinləridir. Onlar arabir qəsəbəyə enirlər. Ancaq nəqliyyat sıxlığının azalması, üstəlik, qəsəbə sakinlərinin evlərinə qapanması maralların şəhərə ziyarətini artırıb.
Xatırladaq ki, oxşar hadisə İngiltərənin Llandino şəhərində də baş vermişdi. Sadəcə, orada olayın qəhrəmanı marallar deyil, dağ keçiləri olublar. 



Xəbərin orijinal ünvanı: https://report.az/maraqli/i-ngilterede-bos-qalan-kuceleri-bu-defe-marallar-doldurdu

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR