Yeni Kia Sorento Facebook-da debüt edəcək - FOTO

Yeni Kia Sorento Facebook-da debüt edəcək - FOTO
21:32 2 Aprel 2020
188 Maraqlı
Ölkə mətbuatı
A- A+

Kia şirkəti 19 mart tarixində Facebook sosial şəbəkəsində yeni nəsil Sorento modelinin canlı təqdimatını həyata keçirəcəkdir. Əslində yeni krossoveri Cenevrə avtosalonunda təqdim etməli idilər, lakin məlum olduğu kimi, avtosalon koronavirus ucbatından ləğv edilib.

Milli.Az autograph.az-a istinadən bildirir ki, dördüncü nəsil Kia Sorento krossoveri, koreya markasının yeni platformasında inşa edilmiş ilk avtomobilidir. Yeni platformanın əsas cəhətləri yığcam mühərrik bölməsi, qısa kuzov çıxışları və uzun təkər bazasıdır. Yeni platformaya keçid sayəsində krossover sələfindən 10 millimetr uzun olub. Onun təkər bazası isə 35 millimetr artaraq 2815 millimetrə çatıb.

İlkin olaraq, satışa krossoverin tərkibinə 1,6 litrlik T-GDi benzin turbomühərriki, 60 at qüvvəli elektromotor və 1,49 kilovat-saatlıq litium-polimer batareyası daxil olan hibrid güc qurğusu ilə təchiz edilmiş versiyası çıxacaqdır. Hibrid qurğunun ümumi hasilatı 230 at qüvvəsi və 350 Nm olacaqdır. Sorento mühərrik çeşidinə 202 at qüvvəsi və 440 Nm fırlanma anı hasil edən 2,2-litrlik Smartstream dizel mühərriki də daxil edilibdir. Dizel modifikasiyanın əsas satış bazarları Avropa və Cənubi Koreya olacaqdır. ABŞ bazarında isə, Sorento Smartstream ailəsindən olan 281 at qüvvəsi və 421 Nm fırlanma anı hasil edən 2.5 T-GDi mühərriki ilə təklif ediləcəkdir.

Bundan başqa, krossover yeni transmissiya ilə də təchiz ediləcəkdir. Əvvəllər modelin təchiz edildiyi 8-pilləli "avtomat" ikimuftalı 8-pilləli "robot" ilə əvəz olunub. Ötürmə - ön və ya tam çəkişli olacaqdır.

Krosoverin salonunda da ciddi yeniliklər vardır. Onların arasında 12,3-düymlük rəqəmsal cihazlar panelini və multimedia sisteminin 10,25-düymlük ekranını göstərmək olar. Bundan əlavə, ötürmələr qutusununənənəvi dəstəyi yernin şaybaya verib. Yeni Kia Sorento havalandırma funksiyası olan oturacaqlar, elektron köməkçilər dəsti və elektromexaniki dayanacaq əyləci ilə təchiz edilib. Krossover həm beş, həm də yeddi nəfərlik versiyada təklif ediləcəkdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/834761.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR