Aprelin 4-ü Çində pandemiya qurbanları ilə bağlı matəm günü elan edilib

Aprelin 4-ü Çində pandemiya qurbanları ilə bağlı matəm günü elan edilib
05:07 3 Aprel 2020
174 Digər
Ölkə mətbuatı
A- A+

Çin Xalq Respublikasının Dövlət Şurası yeni koronavirus pandemiyası qurbanları və onları xilas edərkən öz həyatını qurban vermiş həkimlərin xatirəsi ilə bağlı aprelin 4-nün bütün ölkədə ümummilli matəm günü elan olunması barədə qərar qəbul edib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası bildirib.
Qəbul edilmiş qərara əsasən, şənbə günü ölkədə, xarici diplomatik missiyalar ərazisində bütün bayraqlar endiriləcək. Bütün əyləncə tədbirlər ləğv olunub. Yerli vaxtla saat 10:00-da (Bakı vaxtı ilə saat 06:00-da) ölənlərin xatirəsi üç dəqiqəlik sükutla yad olunacaq.
Rəsmi statistikaya görə, 2019-cu ilin dekabrından Çin Xalq Respublikasının materik hissəsində koronavirusa yoluxanların sayı 81,5 mindən çox təşkil edib, ölkədə 3,3 mindən çox insan ölüb.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/aprelin-4-u-cinde-pandemiya-qurbanlari-ile-bagli-matem-gunu-elan-edil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR