Təhlükəli asteroid Yerə yaxınlaşır - TARİX AÇIQLANDI

Təhlükəli asteroid Yerə yaxınlaşır - TARİX AÇIQLANDI
07:57 3 Aprel 2020
270 Maraqlı
Ölkə mətbuatı
A- A+

Yer kürəsinə nəhəng asteroid yaxınlaşır.

Milli.Az NASA-nın saytına istinadən xəbər verir ki, potensial təhlükəli asteroid aprelin sonunda Yerə yaxınlaşacaq.

Alimlərin fikrincə, 52768 nömrəli asteroid (1998 OR2) aprelin 29-da planetimizə ən yaxın məsafədə olacaq.  Həmin gün o Yerdən 6,29 milyon kilometr məsafədə olacaq. Asteroidin diametri 1,8 ilə 4,1 kilometrə qədərdir.
Uçuş yolu Yer orbitindən keçdiyi üçün bu asteroid potensial təhlükəli hesab olunur. O Günəşin ətrafını yer kürəsinin 3.68 il müddətinə dövr edəcək.

Potensial təhlükəli asteroidlərin Yerə yaxınlaşması nadir hal sayılmır. Belə hadisələr tez-tez yaşanmasada, ara-sıra baş verir. Bundan əvvəl fevral ayının ortalarında NASA, planetə diametri 440 ilə 990 metr olan 163373 nömrəli bir göy cisminin yaxınlaşdığını da qeyd edib. (ölkə.az)

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/838698.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR