Qırğızıstanda koronavirusdan ilk ölüm qeydə alındı

Qırğızıstanda koronavirusdan ilk ölüm qeydə alındı
08:17 3 Aprel 2020
127 Digər
Ölkə mətbuatı
A- A+

Qırğızıstanda koronavirusa yoluxanların sayı artıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə respublikanın virusun yayılması xəbərdarlığı üzrə qərargahı bildirib.
Qərargahdan bildirilib ki, ötən gün ölkədə koronavirusa 9 yoluxma qeydə alınıb. Ölkədə təsdiq edilmiş koronavirusa yoluxma 125-ə çatıb. Xəstələrdən 4-ü ağır vəziyyətdədir.
Qeyd edilir ki, COVID-19-dan ilk ölüm hadisəsi baş verib. “61 yaşlı pasiyent koronavirusdan öldü", - xəbərdə deyilir.
Qərargahın məlumatına görə, xəstə xarici ölkədən gəlib və stasionar müalicədə olub, onda COVID-19 infeksiyası təsdiqlənib. Bundan başqa, pasiyentdə digər ağır xəstəliklər də müşahidə olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qirgizistanda-koronavirusdan-ilk-olum-qeyde-alindi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR