Tramp bir daha koronavirus testindən keçib

Tramp bir daha koronavirus testindən keçib
08:27 3 Aprel 2020
145 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ prezidenti Donald Tramp bir daha yeni növ koronavirus (COVİD-19) testindən keçib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu D.Trampın həkimi Şon Konli bildirib.

Onun sözlərinə görə, testin nəticəsinə əsasən D.Trampda koronavirus aşkarlanmayıb.

Həkim qeyd edib ki, analiz üçün yeni ekspress-testdən istifadə edilib və testin nəticəsini 15 dəqiqə ərzində öyrənmək mümkün olub: "O sağlamdır, simptomlar yoxdur".

Qeyd edək ki, D.Tramp ilk koronavirus testindən martın 14-ü keçib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/838716.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR