Meksikada koronavirus qurbanlarının sayı 50 nəfərə çatdı

Meksikada koronavirus qurbanlarının sayı 50 nəfərə çatdı
08:42 3 Aprel 2020
101 Digər
Ölkə mətbuatı
A- A+

Meksikada koronavirusa 1 500-dən çox yeni yoluxma qeydə alınıb.
“Report” RİA” Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmisi bildirib.
"Koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 1 510-a çatdı, 4 653 şübhəli hal araşdırılır, 7 822 xəstəlik testi mənfi nəticə verib, pandemiya qurbanlarının sayı 50-ə çatıb", - deyə Meksikanın Səhiyyə Nazirliyinin Epidemiologiya Şöbəsinin direktoru Xose Luis Alomia gündəlik mətbuat konfransının gedişatında bildirib.
Qeyd edək ki, bundan əvvəl 1 378 müsbət diaqnoz və 37 ölüm haqqında bildirilib.
Ümumdünya Səhiyyə Təşkilatı COVID-19-u pandemiya elan edib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/meksikada-koronavirus-qurbanlarinin-sayi-50-nefere-catdi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR