ABŞ-da bir gündə koronavirusdan mindən artıq insan ölüb

ABŞ-da bir gündə koronavirusdan mindən artıq insan ölüb
11:05 3 Aprel 2020
83 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ-da son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) 1169 nəfər dünyasını dəyişib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının məlumatları əsasında hesablamalar aparan Con Hopkins Universiteti bildirib.

Bildirilir ki, bu, bir ölkədə sutka ərzində koronavirusdan qeydə alınmış ən böyük ölüm sayıdır.

Məlumata əsasən, ABŞ-da 244 mindən artıq yoluxma halı təsdiqlənib, 6 minə yaxın insan isə dünyasını dəyişib.

Koronavirusdan ən çox zərərçəkən Nyu-York şəhəri sayılır. Burada 1,5 mindən artıq insan ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/838744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR