Gəncədə karantin rejimini pozanlar cərimələndi - FOTO

Gəncədə karantin rejimini pozanlar cərimələndi - FOTO
13:32 3 Aprel 2020
173 Ölkə
Ölkə mətbuatı
A- A+

Gəncədə karantin rejimini pozanlar cərimələnib.

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli orqanlarının əməkdaşları tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, şəhər ərazisindəki yanacaq doldurma məntəqələrinə xüsusi karantin rejimlərinin tələblərinin icrasına nəzarət məqsədilə reyd təşkil edilib.

Reyd zamanı bir neçə yanacaq doldurma məntəqəsində müştərilərə xidmət göstərən zaman yaxın təmasda olan personalların xüsusi karantin rejiminin tələblərini pozması aşkarlanıb.

Aşkarlanan faktlarla bağlı qanuna müvafiq tədbirlər görülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/838853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR