"Heç bir əlaməti yox idi, əlimlə üzümə toxunurdum" - Virusdan 9 günə sağalan şəxs /

Ankarada alış-veriş mərkəzində işləyən 28 yaşlı Məcidə Güləç iş yoldaşında koronavirus aşkarlandıqdan sonra xəstəxanaya gedərək koronavirus testindən keçib. 1 gün sonra onun da koronavirus testi pozitiv olaraq açıqlanıb və Güləç xəstəxanaya aparılıb. 9 gün xəstəxanada müalicə aldıqdan sonra onun test nəticəsi neqativ çıxıb və simptomlar sona çatıb, onu xəstəxanadan evə buraxıblar.

Metbuat.az xəbər verir ki, 14 gün evdə özünü karantinə almalı olacaq qadın çətin bir müddətdən keçdiyini, lakin xəstəliyi məğlub etdiyi çün sevincli olduğunu deyib və başına gələnlər haqqında belə deyib:

"İlk olaraq dərmanla müalicəyə başladım, gündə 8 həb verirdilər. Sadəcə bir dəfə vücudumdakı düz faizi aşağı olduğu üçün sistem vurdular. Ondan başqa ancaq dərmanla davam edildi. Daha sonra öskürək və qızdırmam olmadığı üçün, nəticələr yaxşıya doğru getdiyi üçün dərmanla müalicəyə son verildi. Sabahı gün bir testəm keçdim və 1 gün sonra testin cavabları neqativ çıxdı, məni xəstəxanadan evə buraxdılar. Xəbər gəldiyi an çox gözəl idi. O anı hər xəstənin yaşamasını istəyirəm".

Məcidə Güləç koronavirusla bağlı bilinən bir çox simptomların onda görülmədiyini qeyd edib:

"Məndə heç bir əlaməti yox idi. Qızdırma, öskürək, boğaz ağrısı heç biri. Xəstəxanaya yatdıqdan 2-3 gün sonra bel, baş ağrısı və halsızlıq meydana gəldi. Amma həbləri qəbul etdikdən 3 gün sonra ağrılar kəsildi. Xəstəxanadakı 9 gün mənə 9 ay kimi göründü. Çünki gözləməklə, ümid etməklə keçir hər gün. Amma mən buna qalib gəldim və hər kəsin qalib gələ biləcəyini düşünürəm. Bu xəstəlikdə əhval çox önəmlidir".

Qadın həmçinin əli ilə üzünə çox toxunduğunu deyib və bildirib ki, koronavirusa məhz buna görə yoluxduğunu düşünür.

Mənbə: Haberler.com


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR