Bir avtomobillə bir neçə ailə üzvü gedirsə, hər biri üçün ayrılıqda icazə alınmalıdır - RƏSMİ

Bir avtomobillə bir neçə ailə üzvü gedirsə, hər biri üçün ayrılıqda icazə alınmalıdır -  RƏSMİ
13:42 3 Aprel 2020
223 Ölkə
Ölkə mətbuatı
A- A+

"Vətəndaşlar icazə verilən iki saat müddətində yaşadıqları şəhər və rayonun istənilən yerinə icazə aldıqları iş üçün gedə bilərlər. Əgər vətəndaş Yasamalda yaşayırsa, aptekə getmək istəyirsə, icazə üçün verilən bu müddət ərzində Bakının digər rayonlarındakı aptekə də gedə bilər".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi sədrinin müavini Ceyhun Salmanov bildirib.

O, icazə müddətində vətəndaşların nəqliyyatdan istifadəsindən də danışıb:

"Fəaliyyətinə icazə verilən qurumlar əməkdaşları barədə məlumatı sistemə qeyd edən zaman onların nəqliyyat vasitələri barədə məlumatları da göstərirlər. Həm fəaliyyətinə icazə verilən qurumların əməkdaşları, həm də vətəndaşlar öz şəxsi nəqliyyat vasitələrindən istifadə edə bilərlər. Burada əsas məsələ həmin şəxsin icazəsi olmasıdır.

Eyni zamanda, bir avtomobillə bir neçə ailə üzvü gedəcəksə, hər biri üçün ayrı-ayrılıqda icazə alınmalıdır. Əgər alınmasa, bu, karantin rejiminin qaydalarının pozulması sayılacaq".

C.Salmanov əlavə edib ki, aidiyyəti qurumların istənilən nəqliyyat vasitəsini dayandırıb yoxlamaq hüquqi var:

"Bütün hallarda yoxlanıla bilər, bu zaman icazəsi olmayan şəxslər avtomobildə olarsa, karantin rejimini pozmasına görə cərimələnəcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/country/838862.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR