Pərvin Abıyeva sevgilisindən ayrılmasından danışdı - VİDEO

Pərvin Abıyeva sevgilisindən ayrılmasından danışdı - VİDEO
13:53 3 Aprel 2020
331 Şou
Ölkə mətbuatı
A- A+

“Adımı mətbuatda bu məsələdə hallandıranda çox pis oldum. O ailənin yarası var. Bu hadisədə heç birimizi polisə çağırmadılar. Qismət idi, cinayət hadisəsi deyildi. Çox gənc idi, olmamalı idi... Hələ də heç birimiz özümüzə gələ bilməmişik. Ekspertizanın rəyi oldu. Bu, bədbəxt hadisə idi, ümumiyyətlə bu barədə danışmaq istəmirəm”.

Publika.az xəbər verir ki, bu sözləri tanınmış aktrisa Pərvin Abıyeva prodüser Tarix Əliyevin (Tolik) yutub kanalında yayımlanan növbəti buraxılışında qonaq olarkən deyib. Aktrisa ilk dəfə sevgilisi Murad Abdullayevdən ayrıldığını təsdiq edib:

“Həyatımda heç kim yoxdur və uzun müddət də olmayacaq. 2020-ci il daxil olandan bədbəxtliklər dayanmır. Avstraliyadakı meşə yanğını, koronavirus... Ölüm hadisələri çox oldu. O hadisədə mənə çox adam dedi ki, uğursuzdur. Bu qədər hadisənin də mənimlə əlaqəsi var? Belə çıxır ki, dünyaya gəlməyim uğursuzdur? Həmişə yüz qızın içindən gözə batıram. Qapalı da geyinsəm, açıq da. Ya tənqid, ya da təhqir olunuram. Məni ailəm çox gözəl tanıyır. Heç vaxt məhdudiyyət qoymurlar”.

Ulduz Tolikin “Pərvin Abıyeva bahalı qadındır?” sualına isə belə cavab verib:

“Məni əldə etmək üçün pula ehtiyac yoxdur. Əsas qayğı və sevgidir. Münasibətim olduğu insandan heç vaxt pul götürməmişəm. Ac qalaram, heç bir kişidən pul istəmərəm. Onu özümə acizlik bilirəm. Mənə “Maşın şou”dan sonra zəng edib, avtomobil hədiyyə etmək istəyiblər, qəbul etməmişəm. Bir dövlət məmurunun adından zəng etmişdilər ki, heç bir qarşılıq gözləmədən sizə avtomobil hədiyyə etmək istəyirik. Onda da mənim münasibətim var idi. Zəng edilən zaman yanımda idi... Qəbul etmədim. Amma həyatımda heç kim olmasaydı, sırf hədiyyə kimi verilirdisə, qəbul edərdim. Öz maşınım var, onu alıb satardım. Bilmirəm, bəlkə yalan idi, başqa təklif edəcəkdilər. Bizim müğənnilərimiz, Xalq, Əməkdar artistlərimizə elə hədiyyələr veriblər ki... İndi kişilər bicləşib, elə şeylər etmirlər”.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/magazin1/309649.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR