“Sevgilim olmasaydı, o məmurun verdiyi maşını götürərdim” - Pərvin

“Sevgilim olmasaydı, o məmurun verdiyi maşını götürərdim” - Pərvin
13:57 3 Aprel 2020
298 Şou
Ölkə mətbuatı
A- A+

"İkinci dəfə "Maşın" realiti şousunda iştirak etdim. Yarışmadan ayrıldıqdan sonra bir dövlət məmuru mənə maşın hədiyyə etmək istəyirdi".

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu sözləri aktrisa Pərvin Abıyeva "Toliklə səmimi" yutub layihəsinə qonaq olarkən deyib.

Pərvin ona dövlət məmuru tərəfindən avtomobil hədiyyə olunduğunu qeyd edib: "Zəng etdilər ki, qarşılıq güdmədən sizə hədiyyə göndəriblər. Həmin vaxt münasibətim var idi, sevgilim də zəng gələn zaman yanımda oturmuşdu. Sevgilim olmasaydı, maşını götürərdim. Əgər təmiz niyyətlə verilibsə...

Hər zaman şəxsi avtomobilim olub. Yəqin ki, alıb daha sonra satardım. Əvvəllər müğənnilərə daha çox hədiyyə verirdilər. İndi belə şey yoxdur, kişilər bicləşib. Vaxt var idi ki, aktrisa və müğənnilərə qəşəng hədiyyələr verirdilər".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/838805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR