Kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi müvəqqəti dayandırılır

Kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi müvəqqəti dayandırılır
15:58 3 Aprel 2020
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVID-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Kicikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən 2020-ci il ərzində kiçikhəcmli gəmilərə texniki baxışın keçirilməsi prosesi müvəqqəti dayandırılır.

FHN-dən Publika.az-a verilən məlumata görə, texniki baxışın keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

Xüsusi karantin rejimində texniki baxış müddəti bitən kiçikhəcmli gəmilərə cərimə tətbiq edilməyəcək.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/neqliyyat/309663.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR