Bir bu çatmırdı: Məşhur bank pandemiyadan sonra üçün daha sərt tədbir irəli sürdü

Bir bu çatmırdı: Məşhur bank pandemiyadan sonra üçün daha sərt tədbir irəli sürdü
16:17 3 Aprel 2020
148 Maraqlı
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyası nəticəsində bioloji pasportlar ortaya çıxa bilər. Bu cür pasportlar ölkələrin təhlükəsizliyinə zəmanət verəcək və ölkəyə gələn vətəndaşların sağlamlığına dair bir dəlil olacaq.

Milli.Az Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə "Deutsche Bank" tərəfindən aparılmış tədqiqatda deyilir.

Bankın ekspertlərinin fikrincə, COVID-19 pandemiyasından sonra ölkələrin öz sərhədlərini xarici dünyaya açmaq istəməməsi heç də təəccüblü olmayacaq.

"Turizm, ehtimal ki, normallaşan ən son sahə olacaq. Ölkələr öz ərazilərində virusu məğlub etmək üçün ciddi səylər göstəriblər, odur ki, onlar gələn turistlərin virusu daşımadığına sübut olmadan sərhədlərini açmağa çox da istəkli olmayacaqlar. Öz "təmizliyini" sübut edə bilməyən vətəndaşlar, ehtimal ki, səyahətlərini ləğv etməli olacaqlar", - araşdırmada bildirilir.

Belə bir sübut isə ekspertlərin fikrincə, bioloji pasport ola bilər. Bioloji pasport şəxsi məlumatların təhlükəsizliyini nəzərə alan mobil telefonlar üçün xüsusi bir texnologiyadır.

"Əgər bu texnologiya kifayət qədər tez bir müddətdə əldə olunsa, bu cür "immunitet pasportları" turizm və səyahətə kömək edə biləcək. Əks halda, səyahətə qoyulan qadağa əvəzinə, ölkəyə gəlmə zamanı məcburi özünütəcrid tədbirləri tətbiq edilə bilər", - tədqiqatın müəllifləri hesab edirlər.

Moskva Dövlət Universitetinin Dövlət İdarəçilik fakültəsinin müəllimi Pavel Tarusin Sputnik radiosunun efirində buna münasibətini bildirib. 

"Mənə elə gəlir ki, hamının pandemiyanın gözlənilməz nəticələrinə görə narahat olduğu və hər şeydən əvvəl insanları sakitləşdirmək, sosial həyatda və iqtisadiyyatda təşvişi kəskinləşdirməmək üçün reaksiya verməyə çalışdığı bir vaxtda, biz hansısa bir kütləvi psixozla məşğuluq. Ona görə də cürbəcür ideyalar meydana çıxır.

Əlbəttə ki, belə pasportları tətbiq etmək olar. Amma bu, mənasız və absurddur. Bu gün insan sağlamdır, iki-üç gündən sonra o, eyni koronavirusun daşıyıcısı ola bilər. Ona görə də bu ideyalar sadəcə olaraq Qərbdə mövcud olan təlaşın nəticəsidir. İnsanlar narahatdırlar və hakimiyyət təşviş əhval-ruhiyyəsini dayandırmağa məcburdur", - Tarusin bildirib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun (SARS-CoV-2) səbəb olduğu COVID-19 xəstəliyinin yayılmasını pandemiya elan edib. Bütün dünyada 820 mindən artıq yoluxma hadisəsi qeydə alınıb, 40 mindən çox insan dünyasını dəyişib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/838784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR