Dünya bu polisdən danışır: 5 yaşlı uşağı son anda xilas etdi -

Çində 5 yaşlı uşaq ölümün pəncəsindən son anda xilas edildi.

Metbuat.az xəbər verir ki, ehtiyyatsızlıqdan başı avtomobilin pəncərəsi arasında sıxılıb qalan 5 yaşlı uşağı polis son anda xilas edib.

Çin sosial şəbəkələrində yayılan video görüntüdə bir polisin avtomobilin qapısını qıraraq uşağı xilas etmə cəhdləri əsk olunub. Əvvəlcə uşağı avtomobilin pəncərəsi arasından xilas edən polis onun boğulduğunu görüb süni nəfəs verməyə başlayıb. İlk yardım cəhdlərindən sonra uşaq nəfəs almağa başlayıb. Daha sonra təcili yardım xidməti gələrək azyaşlını xəstəxanaya aparıblar.

Həmin görüntüləri təqdim edirik:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR