“Qətiyyən səhlənkarlığa yol vermək olmaz” - Deputat

“Qətiyyən səhlənkarlığa yol vermək olmaz” - Deputat
16:38 3 Aprel 2020
118 Digər
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi bütün təlimatları yalnız müsbət qiymətləndirmək olar.

Bunu Publika.az-a açıqlamasında millət vəkili, Qafqazşünaslıq İnstitutunun direktoru, görkəmli tarixçi alim Musa Qasımlı deyib.

Deputat bildirib ki, atılan addımlar Azərbaycan vətəndaşının salamat qalması, sağlamlığı üçün edilir: “Hərəkət fəaliyyətinin məhdudlaşdırılmasını da doğru hesab edirəm. İndiki şəraitdə məsuliyyətsiz, səhlənkar hərəkətlərə qətiyyən yol vermək olmaz. Bəzi fərdlərin ictimai maraqları düşünmədən atdıqları addımların qarşısı alınmalıdır. Birmənalı şəkildə insanlara çağırışım ondan ibarətdir ki, Operativ Qərargahın tövsiyələrinə riayət etsinlər”.

Tağı Həsənov


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/309661.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR