Terim 3 nəfərdən polisə şikayət etdi

Terim 3 nəfərdən polisə şikayət etdi
16:52 3 Aprel 2020
229 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray"ın baş məşqçisi Fatih Terim 3 nəfərdən polisə şikayət edib.

Mili.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb çalışdırıcının koronavirus testi pozitiv çıxdıqdan sonra həmin şəxslərin onu təhqir etməsidir. 

Terim sağalıb xəstəxanadan ayrıldıqdan sonra şikayət ərizəsi yazaraq onların həbs edilməsini istəyib. Məşqçinin vəkili Rezan Epözdəmir də bununla bağlı açıqlama verib: "Ertoğrul Sarıtaş adlı istifadəçi "Tvitter"də Terimlə bağlı "Allahın sopası yoxdur, bunu da Terimin şərəfinə içirik" yazmışdı.

Bu çalışdırıcının etibarının zədələyib. "Themanyedek" adlı Tvitter istifadəçisi isə xəstəliyin açıqlandığı gün "Terim layiq olduğuna çatdı, betər olsun" deyə şərh yazmışdı. "Hesapver4" adlı istifadəçi isə "sənin kimi yalançı, vətən xaini, fırıldaqçı bir daha dünyaya gələ bilməz" sözləri ilə baş məşqçini təqir edib. Hər üçündən şikayət etdik". 

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/838851.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR