"Mövsümü ləğv etmək qəddar bir haqsızlıq olardı"

"Mövsümü ləğv etmək qəddar bir haqsızlıq olardı"
18:12 3 Aprel 2020
196 İdman
Ölkə mətbuatı
A- A+

İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravin A Seriyasısının bərpası ilə bağlı açıqlama verib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, federasiya rəhbəri mövsümü bitirməyin prioritet olduğunu bildirib.

O, çempionatın nə vaxt bərpa oluna biləcəyi ilə bağlı bunları söyləyib: "Mayın 20-də və ya iyunun əvvəlində başlamaq, iyulun sonuna qədər oynamaq istəyirik. Avqust və sentyabr variantları da müzakirə olunacaq".

Qravin neytral ərazidə oynamağın yaxşı qərar olmadığını sözlərinə əlavə edib "Amma bu seçimi də nəzərdən keçiririk. 4-5 variant hazırlamağa çalışırıq. Mövsümü ləğv etmək çox çətin olacaq. Bu, qəddar bir haqsızlıq olardı. İnanıram ki, hətta "Juventus" da bu qərara qarşı çıxacaq".

İtaliya A Seriyası martın 11-də koronavirusa görə dayandırılıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/sport/838863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR