Afrikada koronavirusa yoluxanların ümumi sayı açıqlanıb

Afrikada koronavirusa yoluxanların ümumi sayı açıqlanıb
18:17 3 Aprel 2020
199 Dünya
Ölkə mətbuatı
A- A+

Afrika qitəsində koronavirusa yoluxanların ümumi sayı açıqlanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu günə qədər Afrika ölkələrində 7 028 nəfər koronavirusa yoluxub.

Onlarda 284 nəfəri ölüb, 561 nəfər isə sağalıb.

Yoluxma sayına görə liderlik Cənubi Afrika Respublikasına məxsusdur. Bu ölkədə 1 462 yoluxma, 7 ölüm qeydə alınıb.

Əlcəzairdə 847 nəfər virusa yoluxub, 83 nəfər həyatını itirib.

İlk üçlüyü Misir tamamlayır. Bu ölkədə 779 nəfər koronavirusa yoluxub, 58 nəfər ölüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/838866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR