“Aşk-ı Memnu” koronavirusa görə ekranlara qayıdır

“Aşk-ı Memnu” koronavirusa görə ekranlara qayıdır
19:52 3 Aprel 2020
352 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyə istehsalı olan fenomen serial "Aşk-ı Memnu" ekranlara qayıdır.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, TV rəhbərliyi karantin dövründə tamaşaçı istəyini nəzərə alaraq belə bir addım atıb.

Tvitter sosial şəbəkəsində "Aşk-ı memnu efirə qayıtsın" adlı kampaniyadan sonra reytinqli "İkinci Sayfa" maqazin proqramının yayımı müvəqqəti olaraq dayandırılıb.

Həmin vaxtda, yəni Türkiyə saatı ilə hər gün 10:45-də sözügedən ekran işi yayımlanacaq.

"İkinci Sayfa" isə şənbə və bazar günləri tamaşaçı qarşısına çıxacaq.

Milli.Az 


Xəbərin orijinal ünvanı: https://news.milli.az/seriallar/838903.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR