Bakıda keçmiş məhkum narkotiklə saxlanıldı

Bakıda keçmiş məhkum narkotiklə saxlanıldı
23:32 3 Aprel 2020
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Ə.Abbasov tutulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Abbasov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 290 qrama yaxın heroin və 111 qramdan artıq metamfetamin aşkar edilərək götürülmüşdür.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/crime/838950.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR