Peşəkar velosipedçi könüllü kuryerlik edir

Peşəkar velosipedçi könüllü kuryerlik edir
23:57 3 Aprel 2020
152 Maraqlı
Ölkə mətbuatı
A- A+

İtaliyanın "Astana" klubunun üzvü, məşhur velosipedçi David Martinelli koronavirusla bağlı evdə oturmağa məcbur olan yaşlılara kömək məqsədilə kuryerlik etməyə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, peşəkar idmançı velosipedlə yaşlılara təmənnasız olaraq yemək, ərzaq və dərman çatdırır. O, bu barədə şəxsi "Instagram" səhifəsində yazıb. Qeyd edib ki, bu işi könüllü olaraq yerinə yetirir.

Martinelli İtaliyanın şimalındakı 1500 nəfər əhalisi olan doğma Lodetto qəsəbəsindəki yaşlılara kömək edir. Sözügedən qəsəbədə aptek və ərzaq mağazaları yoxdur. İdmançı vurğulayıb ki, onun bütün uğurlarında bu qəsəbə sakinlərinin rolu böyükdür və bu yolla o, borcundan çıxır.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/838952.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR