Uhanda koronavirusun ikinci dalğası başlaya bilər - Ölənlər var, qərar dayandırıldı

Uhanda koronavirusun ikinci dalğası başlaya bilər - Ölənlər var, qərar dayandırıldı
10:33 4 Aprel 2020
317 Dünya
Ölkə mətbuatı
A- A+

Çinin Uhan şəhərində koronavirusdan 4 yeni ölüm faktının qeydə alınıb.

Publika.az xəbər verir ki, buna görə şəhərə giriş-çıxış qadağasının ləğvi təxirə salınıb.

Bildirilir ki, hökumət şəhərdə ikinci epidemiya dalğasının yayılmasından ehtiyat edir. Hazırda şəhərdə 1 727 nəfər müalicə alır. Lakin Çin hökuməti virusun ocağı olan Uhanda koronavirusun yayılmasının səngidiyini, ölümlərin isə azaldığını elan edir. Ancaq müxtəlif mənbələrin məlumatına görə, Çin gerçək ölüm sayını gizlədir.

Xatırladaq ki, koronavirus pandemiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Son rəqəmlərə görə, dünyada koronavirus infeksiyasına yoluxanların sayı 1 milyon 118 min 45-ə çatıb.

Zümrüd


Xəbərin orijinal ünvanı: https://publika.az/news/dunya/309719.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR